İdman

Premyer Liqanın yayım gəliri göz qamaşdırır - fantastik rəqəm

13 Aprel 2019 18:34
0 Şərh     Baxış: 642

İngiltərə Premyer Liqasının yayım hüququ 2019-2022-ci illər üçün 4 milyard 740 milyon avroya satılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu anlaşmaya əsasən, liqanın illik yayım gəliri 1 milyard 580 milyon avro olacaq.

Premyer Liqa bu göstəricidə digər 4 "böyük beşlik" liqalarının cəmindən daha çox qazanacaq. Belə ki, La Liqa (İspaniya), A Seriyası (İtaliya), Bundesliqa (Almaniya) və Liqa 1-in (Fransa) birlikdə illik yayım gəliri 1 milyard 381 milyon avrodu.

La Liqanın illik yayım gəliri - 690 milyon avro
A Seriyasının illik yayım gəliri - 371 milyon avro
Bundesliqanın illik yayım gəliri - 240 milyon avro
Liqa 1-in illik yayım gəliri - 80 milyon avro

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.