İdman

"Fənərbağça"nın əfsanəsi dünyasını dəyişdi

12 Aprel 2019 22:05
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə futbolunu və "Fənərbağça" klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sinyor" ləqəbli keçmiş futbolçu 83 yaşında həyata gözlərini yumub.

Qeyd edək ki, karyerasına basketbolla başlayan Can Bartu 6 dəfəf Türkiyə millisində çıxış edib. Daha sonra futbola keçən "Sinyor" "Fənərbağça", "Fiorentina", "Venesiya", "Latsio" kimi klublarda 430 oyunda 176 qola imza atıb.

Futbolçu karyerası bitdikdən sonra isə idman yazarı işləyib.

"Fənərbağça" 2009-cu ildə Samandıra Kamp Mərkəzinə Can Bartunun adını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.