İdman

Keyn üçün mövsüm bitdi

12 Aprel 2019 20:24
0 Şərh     Baxış: 514

İngiltərə millisinin və "Tottenhem"in futbolçusu Harri Keyn üç ay müddətinə sıradan çıxıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Çempionlar Liqasında "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ilk 1/4 final matçında sol ayaq topuğunun yan bağlarından xəsarət alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq. Keyn UEFA Millətlər Liqasının final mərhələsində də iştirak etməyəcək. 

"Tottenhem"in yetirməsi sayılan Keyn bu mövsüm İngiltərə Premyer Liqasındakı 28 matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda London təmsilçisi Premyer Liqada 32 oyundan 64 xalla 4-cü pillədə qərarlaşıb.

"Mançester Siti" və "Tottenhem" arasında cavab görüşü aprelin 17-də "Etihad" stadionunda keçiriləcək. 

Qeyd edək ki, Harri Keyn Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatında 6 qolla bombardir olub. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.