İdman

Avropa Oyunlarına bu karateçilərimiz gedəcək - ADLAR

11 Aprel 2019 19:17
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yayında Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 21-30 iyun tarixlərində 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda altı karateçimiz iştirak edəcək. 

Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də, Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərov təmsil edəcək. 

Qeyd edək ki, II Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Onu da bildirək ki, daha əvvəl saytımız Avropa Oyunlarında iştirakı gözlənilən idmançıların adlarını reytinqə əsasən açıqlamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.