İdman

"Ronaldunun Dağıstanda təhlükəsizliyinə cavabdeh deyiləm" - Həbib

10 Aprel 2019 21:09
1 Şərh     Baxış: 2 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə dostluğundan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dağıstanlı idmançı portuqaliyalı superulduzla tez-tez yazışdığını bildirib. Ancaq Həbib yaxın dostunu Dağıstana dəvət etmək barədə düşünmədiyini söyləyib:

"Digər idman növü ilə məşğul olan bir çox şəxslə münasibətim var. Eləcə də Ronaldu ilə hər oyundan sonra yazışırıq. Onu Dağıstana dəvət etmək? Bilmirəm, hələ indiyə kimi belə bir fikrim olmayıb. Çünki bunun üçün ona cangüdən tutmalıyam. Bizdə təhlükəsizlik mətbuatda göstərildiyi kimi deyil. İstənilən halda, Ronaldu dünyanın ən məşhur idmançısıdır. Onun təhlükəsizliyinə cavabdehlik daşımaq istəmərəm. Amma belə istədiyi vaxt bura gələ bilər. Onu qarşılaşmağıma şad olaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.