İdman

"Tottenhem"də Keyn şoku - Mövsümü erkən başa vura bilər

10 Aprel 2019 21:15
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in hücumçusu Harri Keyn yenidən sıradan çıxıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə dünən keçirilən oyunda baş verib.

London təmsilçisi doğma arenasında 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, komandanın qol "silahı" 56-cı dəqiqədə əvəzlənməli olub. Rəqib müdafiəçi Fabian Delfin müdaxiləsindən sonra sağ topuğundan xəsarət alan forvardın durumu ciddi ola bilər. Bunu komandanın baş məşqçisi Mauritsio Poçettino bildirib. O, Keynin mövsümü erkən başa vurmaq ehtimalının olduğunu da gizlətməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 17-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.