İdman

Serxio Ramosun toyunda qadağalar olacaq

9 Aprel 2019 18:49
3 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in kapitanı Serxio Ramos və spiker Pilar Rubio 7 illik münasibətdən sonra evlilik hazırlıqlarına başlayıb.

Milli.Az xəbər verir ki, illərdir birlikdə yaşayan və 3 uşaqları olan cütlük, nəhayət, evlənmək qərarı alıb. Toyun Ramosun vətəni Sevilyada baş tutacağı bildirilir.

"Hola" dərgisində yer alan reportajda Pilar Rubio qadağalar tətbiq edəcəklərini deyib. Qadağalardan ən diqqət çəkəni, dəvətlilərin cib telefonu ilə toya daxil ola bilməmələri olub.

"Cib telefonlarını salona girişdə toplayıb təhlükəsiz bir yerə qoyacağıq. Hər qonağın özünü rahat hiss etməsini arzulayırıq, buna görə də telefonla girişə icazə verməyəcik" deyə Rubio bildirib.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.