İdman

Makqreqor yenə aranı qarışdırdı

9 Aprel 2019 14:07
0 Şərh     Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl peşəkar karyerasını bitirdiyini, ardınca bərpa etdiyini açıqlayan Konor Makqreqorun adı iki qalmalaqa qarışıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, irlandiyalı UFC döyüşçüsu Dublində dava saldığı iddia olunub. "The Irish Mirror"un məlumatına görə, Makqreqor barın önündə bir nəfər Həbib Nurəhmədovu nəzərdə tutaraq ona "Rus səni döydü" deyib. Bundan qəzəblənən irland döyüşçü onu yumruqla vurub. Polis olayla bağlı araşdırmalara başlayıb. 

Bu arada Makqreqordan uşağı olduğunu deyən Terri Murray "Instagram" profilini yenidən aktivləşdirib. Bu ilin əvvəlində 1 yaşındakı qızının fotosunu paylaşaraq onun Makqreqorun övladı olduğunu deyən 26 yaşlı qadın onunla 2017-ci ildə Liverpulda birlikdə olduqlarını bildirmiş və DNT analizi aparmağı tələb etmişdi. Makqreqorun Di Devlindən olan ilk uşağının doğumundan 4 dəfə öncə birlikdə olduqlarını iddia edən Murray daha sonra profilini dondurmuşdu. Bu həftə profili yenidən aktivləşdirən qadın izləyiciləri ilə söhbət edərkən bildirib ki, Makqreqor hələ də DNT testi elətdirməyib. O, həmçinin qeyd edib ki, buna ehtiyac yoxdu və uşağın atası həqiqətən də irland idmançıdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.