İdman

Hacı Əliyev Ermənistan güləşçisinə qalib gəldi - VİDEO - FOTO

8 Aprel 2019 14:17
3 Şərh     Baxış: 2 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb. 

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib. 

1/4 finalda 28 yaşlı pəhləvanın rəqibi Vladimir Xinçeqaşvili (Gürcüstan) - Naçin Kuular (Rusiya) cütünün qalibi olacaq. 

Bu gün Azərbaycanın daha bir güləşçisi Ağahüseyn Mustafayev (70 kq) Ermənistan təmsilçisi ilə üz-üzə gələcək. O, 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla görüşəcək. 

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Güləşçimiz ermənilərə qalib gəldilər

Hacı Əliyev erməni rəqibinə qalib gəldi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.