İdman

Ferqyuson Həbibi qorxaq adlandırdı

6 Aprel 2019 22:21
1 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MMA döyüşçüsü Toni Ferqyuson Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında mümkün döyüş barədə fikirlərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, amerikalı idmançı Twitter hesabında yerləşdirdiyi şərhdə Konorla Həbibi idmana sadiq olmamalarında ittiham edib.

"Konor, sən təslim oldun və qancıq kimi qaçdın. İndi isə mənə məxsus döyüşü əlimdən almağa çalışırsan. Həbib sən isə axmaqsan, hazırlaş. Bəsdir məndən gizləndin qorxaq. Sizin idmana sadiqliyiniz yoxdur. Yalnız mən burada çempionam, əsl çempionam", - deyə o vurğulayıb.

Qeyd edək ki, martın 14-də Ferqyuson Twitter-də Həbib Nurməhəmmədovla döyüşmək istədiyini açıqlayıb. Buna cavab olaraq rusiyalı idmançı ona siqaret çəkməməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.