İdman

Həbib arvadına sataşan Konora cavab verdi - "Biz hələ görüşəcəyik"

4 Aprel 2019 15:00
0 Şərh     Baxış: 2 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun "sənin arvadın bir dəsmaldır" sözlərinə cavab verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, özünün "Tvitter" səhifəsində Konorun Terri Mürreylə şəklini paylaşaraq yazıb: "Sən təcavüzçüsən. Sadəcə, təcavüzçü. Öz hərəkətlərinə cavabdeh olmayan ikiüzlü. Ədalət səni tapacaq. Biz hələ görüşəcəyik".

Qeyd edək ki, Konorun Terridən 2018-ci ildə qızı dünyaya gəlib. Terri qızı üzərində atalıq hüququnu tanıması üçün Makqreqoru razı salmağa çalışır. Konor özü isə Di Devlinlə ailəlidir. Bu izdivacdan onun bir oğlu var.

İrlandiya polisi seksual zorakılıq şübhəsi ilə Konor haqqında araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.