İdman

Rəfael Ağayev finalda uduzdu - Avropa çempionatı

30 Mart 2019 20:21
1 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub.

Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançımız bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub.

Bu, Rafaelin qitə çempionatlarında 20-ci medalı olub. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.