İdman

Rafael Ağayev 12-ci “qızıl”ı əldən verdi

30 Mart 2019 18:50
3 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Quadalaxara şəhərində keçirilən böyüklərin 54-cü Avropa çempionatında növbəti final görüşü baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, -75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev finalda italiyalı Luici Busaya 0:1 hesabı ilə məğlub olub.

Karyerası ərzində 11 dəfə Avropa çempionluğu yaşamış 34 yaşlı karateçi bu dəfə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, bu, Azərbaycan karateçilərinin İspaniyadakı qitə çempionatında ikinci medalıdır. Bundan öncə Asiman Qurbanlı bürünc medal əldə edib.

Qızıl medal uğrunda görüş

-75 kq, Rafael Ağayev : Luici Busa (İtaliya) - 0:1

Əvvəlki görüşlər

1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0

2. Bekim Başa (Albaniya) - 3:1

3. Elhami Şabani (Kosova) - 3:0

4. Stanislav Horuna (Ukrayna) - 5:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.