İdman

Həbib rinqə qayıdır - Döyüşün vaxtı açıqlandı

27 Mart 2019 17:18
1 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov 2019-cu ilin sentyabrında titulunu qorumaq üçün döyüşə çıxacaq.

Milli.Az xəbər verir ki, bu barədə MMA News portalına UFC prezidenti Deyn Uayt məlumat verib.

Rusiyalı döyüşçü 2018-ci ilin aprel ayında amerikalı El Yakvintaya qalib gələrək UFC çempionu olub. Oktyabr ayında isə titul müdafiə döyüşündə irlandiyalı idmançı Konor Makqreqoru dördüncü raundda boğucu fəndlə məğlub edib.

Döyüşdən sonra idmançıların iştirakı ilə kütləvi qarışıqlıq baş verib. Buna görə, Nevada ştatının Atletik komissiyası Həbibi 10 aylıq bütün yarışlardan uzaqlaşdırdı və 500 min dollar cərimələdi. Diskvalifikasiya 6 iyulda başa çatacaq. O, bundan sonra döyüşlərə çıxa biləcək.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.