İdman

Ukrayna millisinə texniki məğlubiyyət verilə bilər

26 Mart 2019 19:53
0 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Ukrayna Futbol Federasiyasını ağır cəzalandıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, federasiyanın braziliyalı futbolçu  Junior Moraesi milliləşdirilərkən FİFA-nın tələblərini pozduğu iddia olunur.

Dünyanın ali futbol qurumunun qaydalarına əsasən oyunçu bu hallarda milliləşdirilə bilər:

1. Əgər o həmin ölkədə anadan olubsa.
2.Əgər onun valideyinləri və ya valideyinlərinin valideyinləri həmin ölkədə anadan olubsa.
3. Əgər həmin ölkədə fasiləsiz 5 il yaşayıbsa.

Moraes isə 2017-ci ildə Çinə yollanmamışdan əvvəl 4 il 8 ay Ukraynada yaşayıb. Bu səbəbdən UEFA Ukraynaya Moraesin iştirak etdiyi AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya (0:0) və Lüksemburqla (2:1) oyunlara görə,  texniki məğlubiyyət verə bilər. Cəza tətbiq olunacağı təqdirdə, bu matçlardan 4 xal qazanan Ukrayna qrupda sonuncu pilləyə düşə bilər.

Qeyd edək ki, Ukrayna hazırda AÇ-nin seçmə mərhələsinin B qrupunda 4 xalla 1-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.