İdman

Millimiz Rumıniyaya qarşı

26 Mart 2019 18:29
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda sonuncu oyununa çıxacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1-ci qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək.  

Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq.
 
2 turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır.
 
AÇ-2019, elit-raund
1-ci qrup
26 mart
 
18:00. Rumıniya - Azərbaycan
Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
Krasnodar, "Kuban" stadionu (Rusiya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.