İdman

“Qrizmannın "Atletiko"da xoşbəxt olduğunu bilirəm”

26 Mart 2019 17:22
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin və "Barselona"nın futbolçusu Samuel Umtiti yığmadakı komanda yoldaşı Antuan Qrizmann haqqında açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Qrizmannın "Atletiko"dan "Barselona"ya transfer olunacağına inanmadığını deyib:

"Qrizmannın "Atletiko"da xoşbəxt olduğunu bilirəm. O, bu komandanın heyətində çox yaxşı oynayır. Qrizmann öz keyfiyyətlərinə görə dünyanın istənilən klubunda oynaya bilər. Bəzən karyeramız ərzində elə qərar veririk ki, sonra bunun üçün çox təəssüflənirik. Hazırda vacib olan onun "Atletico"da hər şeydən məmnun olmasıdır".

Keçən il "Barselona"dan təklif alan Qrizmann "Atletiko"da qalmağı seçdi və klubla 2023-cü ilə qədər müqavilə bağladı. Lakin bu mövsüm Madrid klubunun Çempionlar Liqasında mübarizəni erkən dayandırması, fransalı futbolçunun "Barselona"ya keçidini yenidən gündəmə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.