İdman

Konor MakQreqor karyerasını başa vurdu - FOTO

26 Mart 2019 10:14
2 Şərh     Baxış: 2 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. 30 yaşlı sabiq dünya çempionu "Twitter" səhifəsində məlumat verib:

"Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram".

Qeyd edək ki, MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.

Elçin Əlixan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.