İdman

Millimiz Litva ilə bacarmadı

25 Mart 2019 19:57
1 Şərh     Baxış: 2 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Milli.Az matç.az-a istinadən bildirir ki, AVRO-2020-nin seçmə mərhələsinin II turunda istirahət edən yığmamız Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Bu, komandamızın 2019-cu ildə ikinci görüşü olub.

Millimiz yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoldaşlıq görüşündə hesab açılmayıb.

Qeyd edək ki, bu, komandamız Litva ilə üçüncü dəfə qarşılaşması olub. 1998-ci ildə rəqibini 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu
25 mart

Azərbaycan - Litva - 0:0
Bakı. "Bakcell Arena". Baş hakim: Fesnik Horatiu (Rumıniya)

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 15. Ömər Buludov, 19. Əli Babayev, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Nikola Yurçeviç.

Litva: 1. Emilijus Zubas, 2. Linas Klimaviçyus, 3. Marrus Palionis, 8. Egidiyus Vaytkunas, 10. Paulius Qolubiçka, 11. Arvidas Novikovas, 14. Vikintas Slivka, 18. Modesta Vorobyov, 21. Nerijus Valskis, 22. Fyodor Çernıx (k), 23. Rolandas Baravikas. 
Ehtiyat oyunçular: 12. Dzyuqas Bartkus, 16. Ernestas Setkus, 4. Vitautas Andriuskeviçyus, 5. Algis Yankauskas, 6. Justinas Marazas, 9. Donatas Kazlauskas, 13. Saulius Mikoliunas, 15. Deymantas Petraviçyus, 17. Mantas Kuklis, 20. Rimvidas Sadauskas.
Baş məşqçi: Valdas Urbonas.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.