İdman

Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub

25 Mart 2019 20:58
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışa vəsiqə qazanan bütün ölkə komandalarının adları müəyyənləşib.

Turnirdə meydan sahibi Misirlə yanaşı, daha 23 yığma - Seneqal, Madaqaskar, Mərakeş, Kamerun, Mali, Burundi, Əlcəzair, Benin, Nigeriya, Cənubi Afrika Respublikası, Qana, Keniya, Zimbabve, Konqo Demokratik Respublikası, Qvineya, Kot dİvuar, Anqola, Mavritaniya, Tunis, Qvineya-Bisau, Namibiya, Uqanda və Tanzaniya yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun - 19 iyulda Misirdə keçiriləcək. Turnirin görüşləri Misirin beş əyalətində - Qahirə, İsgəndəriyyə, İsmailiyyə, Port-Səid və Süveyşdə reallaşacaq. Yarışın ən titullu komandası hesabında yeddi çempionluq olan meydan sahibləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.