İdman

"Bizə qarşı oyunlarda güclərinin 200 faizini istifadə edirlər"

25 Mart 2019 16:38
1 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda Macarıstana məğlub olan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Daliç 1:2 hesabıyla bitən matçı belə şərh edib:

"Apardığı mübarizəyə görə ev sahiblərini təbrik edirəm. Vurduğumuz ilk qoldan sonra oyundan düşdük və hesabı qoruya bilmədik. Onlar bizdən daha aqressiv oyun sərgilədi.

İkinci hissədə üstünlük bizdə idi. Çoxlu qol imkanlarımız oldu, ancaq bundan yararlana bilmədik. Bütün rəqiblər bizə qarşı oyunlarda güclərinin 200 faizini istifadə edirlər. Bundan sonra daha yaxşı oyun sərgiləyib, yolumuza davam etməliyik".

Xorvatiya millisi AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda Azərbaycanı 2:1 hesabıyla məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.