İdman

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

25 Mart 2019 12:12
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir öz işinə yekun vurub.

Milli.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Qızlarımızdan gənclər arasında mübarizə aparan A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək millimizin hesabına iki bürünc medal yazdırıb və bayram günlərində komandaya ikiqat sevinc yaşadıb. Gimnastımızın iplə çıxışı isə onu 6-cı edib.

Digər final mərhələsində daha bir gimnastımız N.Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.

Böyüklər arasında isə V.Qudis top ilə 6-cı, D.Sorokina isə gürzlərlə 7-ci yerdə yarışı başa vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.