İdman

Jiru milli karyerasını bitirəcəyi vaxtı açıqladı

24 Mart 2019 16:28
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin fransız hücumçusu Olivye Jiru milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard, AÇ-2020-dən sonra Fransa yığmasındakı karyerasını bitirəcəyini bildirib. Bu barədə o, Fransa mətbuatına açıqlamasında deyib.

Fransa AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda Moldovanı səfərdə 4:1 hesabıyla məğlub edib. Oyuna əsas heyətdə başlayan Jiru, matçın 36-cı dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.

2011-ci ildə Fransa millisində debüt edən Jiru, yığmada keçirdiyi 87 oyunda 33 qol vurub. Jiru Fransa millisi ilə DÇ-2018-in qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.