İdman

Mourinyo açıqladı: geri dönür

24 Mart 2019 13:43
0 Şərh     Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Mourinyo yenidən baş məşqçi kimi fəaliyyətə başlamağa hazıraşır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü açıqlama verib.
"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Mourinyo şərhçilik etdiyi "beIN SPORTS"a açıqlamasında iyun ayında geri dönməyi planlaşdırır: "Hazırda beynimdə iyun ayında yeni bir klubla anlaşmaq var. Yeni mövsümün startından əvvəl bir kluba rəhbərlik etməyə başlayacam".

56 yaşlı mütəxəssis 3-4 təklifi qəbul etmədiyini bildirib: "Nə istədiyimi çox yaxşı bilirəm. Bu səbəbdən 3-4 təklifi rədd etmişəm. Fikrimdə, konkret bir klub yoxdu. Amma mənim öz kriteriyalarım var". 

Milli komandada çalışmaq istəmədiyini bildirən Mourinyo "Mən gündəlik çalışmağı sevən insanam. Daha çox turnirdə yarışmağı və daha çox oyun keçirməyi sevirəm. Bu səbəbdən də klub səviyyəsində qalacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.