İdman

"Liverpul" "Milan"a qalib gəldi - əfsanələrin oyunu

23 Mart 2019 22:53
0 Şərh     Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Liverpul" və "Milan"ın sabiq futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mersisaydlılara məxsus "Enfild" stadionunda xeyriyyə məqsədilə təşkil olunan görüşdə Stiven Cerard, Andrea Pirlo, Maykl Ouen, Yeji Dudek, Dida, Kafu, Ceymi Karraqer, Cibril Sisse, Paolo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cuzeppe Pankaro kimi ulduzlar iştirak ediblər. Qarşılaşma "Liverpul" əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler (25-ci dəqiqə), Sisse (52) və Cerrard (80) fərqləniblər. "Milan"ın qollarını isə Pirlo (61-ci dəqiqə) və Pankaro (78) vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.