İdman

Məşhur menecer Poqbanı "Real"a aparır

23 Mart 2019 22:52
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba yayda "Real"a keçəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb. Dünyaca məşhur nəşrin iddiasına görə, fransalı futbolçunun meneceri Mino Rayola bir müddətdir onun "kral klubu"na keçidi üzərində işləyir. Elə 26 yaşlı oyunçu da hazırda özü üçün ən ideal klubun "Real" olduğunu düşünür.

Amma "Mançester Yunayted"in 2016-cı ildə "Yuventus"dan 114 milyon avroya aldığı futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir. Digər tərəfdən "Real"ın bu transferdə elə də maraqlı olmadığı deyilsə də, Zinəddin Zidanın həmyerlisini sərəncamında görməkdə maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.