İdman

Azərbaycanda oynamış futbolçu millinin baş məşqçisi oldu

23 Mart 2019 21:00
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kristian Panuççinin istefaya göndərilməsindən sonra Albaniya millisini AÇ-2020-nin seçmə mərhələsində Andorra ilə martın 25-də keçiriləcək oyuna köməkçi məşqçilər - Ervin Bulku və Süleyman Mena çıxaracaqlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə təyinat alan E.Bulku vaxtı ilə Azərbaycan çempionatında da çıxış edib. O, 2011-2012 mövsümündə AZAL-ın (indiki "Şüvəlan") formasını geyinib. Paytaxt klubunda 22 oyuna çıxan veteran futbolçu 3 qol vurub.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2015-ci ildən Albaniya millisində köməkçi məşqçi vəzifəsində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.