İdman

"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"

23 Mart 2019 20:59
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyanın U-19 yığmasının baş məşqçisi Tom Mohan AÇ-2019-un elit-raund mərhələsində bu gün Azərbaycan millisi üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis görüşün çətin keçdiyini bildirib:

"Bu oyun Rumıniya üzərində qələbə qazandığımız matçdan fərqli alındı. Azərbaycanın müqavimətini qırmaq çox çətin oldu. Ağır oyun oldu. Komandam əsl xarakter nümayiş etdirdi. Bu gün heyətimizdə yeddi 18 yaşadək və bir 17 yaşadək futbolçu var idi. Gənc olmalarına baxmayaraq, onlar inamlı təsir bağışladılar".

Qeyd edək ki, İrlandiya qrupda son oyununu Rusiyaya qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.