İdman

Maskerano Çin klubundan ayrılır

23 Mart 2019 19:32
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisi və "Barselona"nın sabiq üzvü Xavyer Maskerano Çinin "Hebey Çayna Forçun" klubundan ayrılmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıtmaq istəyir. Onun xidmətində yığmadan keçmiş komanda yoldaşı Qabriel Militonun çalışdırdığı "Estudiantes" maraqlıdır.

Qeyd edək ki, Maskerano "Hebey Çayna Forçun"a 2018-ci ilin yanvarında 5.5 milyon avro qarşılığında "Barselona"dan keçmişdi. Çin klubunun heyətində 29 oyun keçirən futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.