İdman

"Qəbələ" yoxlama oyunu keçirəcək

23 Mart 2019 19:27
0 Şərh     Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" məşqlərini Bakıda Biləcəri Futbol Mərkəzində davam etdirir. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

"Qəbələ" fasilə dövründə yoxlama oyunu keçirəcək. "Qırmızı qaralar" martın 25-də "Sumqayıt"la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq matç saat 16:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.