İdman

"Dieqo qələbəyə acdır"

23 Mart 2019 13:54
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun futbolçusu Alvaro Morata, komanda yoldaşı Antuan Qrizmann haqda açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan forvard, Qrizmannın komandadan ayrılmayacağını deyib:

"Çempionlar Liqasıyla vidalaşdıqdan sonra komanda olaraq pis vəziyyətdə idik. Ancaq Antuanın bizdən razı olduğunu gördüm. Bura onun evidir və o, xoşbəxtdir. Qrizmannın evində qalacağına inanıram. O, bizim ən yaxşı futbolçumuzdur. Bütün futbolçularımız, klub rəhbərliyi və azarkeşlər də onun qalmasını istəyir.

"Yuventus"a məğlub olduğumuz üçün baş məşqçimiz Dieqo Simeonenin tənqid edilməsini düzgün hesab etmirəm. Dieqo klubun tarixinə keçmiş bir adamdır və hələ də qələbəyə acdır".

Xatırladaq ki, "Atletiko" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Yuventus"u 2:0 hesabıyla məğlub etsə də, cavab matçında 0:3 hesabıyla uduzaraq, ÇL-lə vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.