İdman

İrlandiya – Azərbaycan: 1 “qırmızı”, 2 qola çevrilməyən penalti - YENİLƏNİB

23 Mart 2019 15:36
0 Şərh     Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:36

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv "Kuban" stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Saat 13:00-da başlayan görüşdə irlandlar qələbə qazanıblar. Azərbaycan millisi oyunun 59-cu dəqiqəsindən etibarən azlıqda mübarizə aparmalı olub. Bundan başqa, hər iki komanda oyun ərzində bir dəfə penaltini qola çevirə bilməyib. Nəticədə, millimiz 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan millisi ilk oyunda Rusiya ilə qolsuz bərabərə qalmışdı. İrlandiya isə Rumıniyanı 5 cavabsız qolla məğlub etmişdi.

AÇ-2019, Elit-raund mərhələsi, 1-ci qrup

23 mart

İrlandiya - Azərbaycan 3:1
Qol: Tyrik Rayt, 41. Ceyson Nayt, 63. Afolabi, 85 - Kamran Quliyev, 73.
Qaçırılan penalti: Smalbone (İrlandiya) 51-ci dəqiqədə penaltidən yararlana bilməyib - Turan Vəlizadə (Azərbaycan) 73-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Cəfərquliyev, 59 (Azərbaycan)
Baş hakim: Adam Farkas (Macarıstan)
Baş hakimin köməkçiləri: Balazs Szert (Macarıstan), Eqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)

İrlandiya - 6, 2. Rusiya - 1, 3. Azərbaycan - 1, 4. Rumıniya - 0.

---------

12:29

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandamız "Kuban" stadionunda  İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.

23 mart

13:00. Azərbaycan U-19 - İrlandiya-U-19
Baş hakim: Adam Farkas (Macarıstan)
"Kuban" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.