İdman

Poqba: “Hər futbolçu onunla işləmək istəyər”

22 Mart 2019 14:14
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu Pol Poqba gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi, ən böyük arzusunun "Real"da oynamaq olduğunu deyib:

"Həmişə demişəm, "Real"da oynamaq hər futbolçunun arzusudur. Dünyanın ən böyük klublarından biridir. Baş məşqçiləri də Zinəddin Zidan. Zidan futbolu çox sevən biridir və hər futbolçu da onunla işləmək istəyər".

Qeyd edək ki, 2016-cı ildə "Juventus"dan "Manchester United"ə 105 milyon avro qarşılığında keçən Poqbanın, "qırmızı şeytanlar"la 2021-ci ilə qədər müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.