İdman

"Azərbaycan münasib rəqib olmadığını göstərdi" - Luka Modriç

22 Mart 2019 11:59
0 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanla oyun gözlədiyimizdən də çətin oldu. Ancaq biz heç asan olacağını da gözləmirdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç AÇ-2020-nin seçmə mərhələsində millimizlə keçirilən oyundan sonra "Dnevnik.hr"a açıqlamasında deyib.

"Qızıl top" mükafatının son qalibi Zaqrebdə 2:1 hesaı ilə qalib gəldikləri matçı şərh edərkən yığmamızın çətin rəqib olduğunu bildirib: "Azərbaycan münasib rəqib olmadığını göstərdi. Əsas odur ki, bizə lazım olan 3 xalı qazana bildik. Əks-hücumlarda daha tez müdafiə olunmağı bacarmalıyıq. Bu oyunda bunu yaxşı bacarmadıq. Zəif cəhətimiz budur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.