İdman

Xorvatiya prezidenti: "Azərbaycanla oyunda nəticə daha yaxşı ola bilərdi"

22 Mart 2019 10:39
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəticə daha yaxşı ola bilərdi, lakin seçmə mərhələnin ilk oyunu olduğu nəzərə alınmalıdır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "24sata.hr" saytına açıqlamasında deyib.

Matçı tribunadan izləyən ölkə başçısı Xorvatiyadan daha yaxşı oyun gözlədiyini bildirib:"Macarıstanla oyunda daha dinamik olacağımıza inanıram. Oyuna nəzarət etdiyimiz göründü, lakin çox qol şanslarını əldən verdik. Rəqib isə iki qol imkanından birini reallaşdırdı.  Onlar bütün oyunu meydanın özlərinə aid hissəsində oynadı və müdafiə olundular. Məncə, daha da aqressiv olmalıyıq. Hamınız bilirsiniz ki, hər zaman "Risk yoxdursa, qazanc da olmayacaq" fikirlərini söyləyirəm. Macarıstanla oyunda da tribunada olacam və buna görə Budapeştə yollanacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.