İdman

"Azərbaycanlı klub rəsmisi yumruqla futbolçunu başından vurdu"

21 Mart 2019 16:12
1 Şərh     Baxış: 1 031

"Azərbaycana gedəndə klub rəhbərliyi bizə çox şey söz verdi və komandaya gənc futbolçular gətirdi. Sonradan kim onları qane etmədisə, sənədlərini qaytardılar və dedilər ki, sizin üçün icazə ala bilmədik. İstədikləri futbolçuların isə pasportarını götürdülər və icazə alındığını bildirdilər. Onların içərisində mən də var idim".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Olimpik" (hazırkı "Şüvəlan") klubunun sabiq yarımmüdafiəçisi Domaqoy Kosiç deyib. 2005-2006-cı illərdə Bakı təmsilçisinin formasını geyinmiş veteran futbolçu ölkəmizdə üzləşdiyi xoşagəlməz hadisəni xatırlayıb:

"Çempionat başlayana qədər müqavilə bağlamalı idik. Amma onlar bizə vəd olunan məbləğdən az pul verdilər və dedilər ki, sözləşməyə qol çəkməlisiniz, yoxsa sənədlərinizi qaytarmayacağıq. Əvvəlcə çempionatda hər şey yaxşı gedirdi. Elə ki, pis nəticələr qeydə alınmağa başladı, müqavilələrin etibarsız olduğunu söylədilər. Pik nöqtə isə məşqlərin birində baş verən hadisə oldu. Semyan Miloşeviç son oyunda qırmızı vərəqə aldığı üçün məşqdə üzr istədi. Ancaq klub rəsmilərindən biri onun üzrxahlığını qəbul etmədi və yumruqla başından vurdu. Sonra isə yanındakılar da ona qoşuldular və oyunçunu döyməyə başladılar. Qorxulu mənzərə idi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Həmin an bir fikrim var idi: qısa zamanda Azərbaycandan qaçmaq. Ümumiyyətlə, orada legionerlərə münasibət yaxşı deyildi. Baş vermiş hadisə məni çox qorxutmuşdu. Hiss edirdim ki, kimsə məni izləyir. Bazada tez-tez bir nəfəri görürdüm. Deyirdilər ki, klub rəsmisidir. Ona görə də müəyyən qədər qorxu hissi var idi".

Kosiç yalnız UEFA-ya müraciət etdikdən sonra klubdan sənədlərini götürüb, Azərbaycandan gedə bildiyini söyləyib: "UEFA-nın qərarından sonra klub rəhbərliyi sənədlərimizi qaytardı. Yalnız bundan sonra Azərbaycandan qaçmaq mümkün oldu. Həmin vaxt klubun mənə olan borcu haqda belə düşünmürdüm. Əsas istəyim getmək idi".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 21 Mart 17:2100

    Yaxsi edibler sene.Pul alirsan meydanda firlanirsan.Oyun gostermirsen.Yeyib icib kef cekirsiniz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.