İdman

Ronaldunun “təcavüz işi” “Yuventus”un planlarını pozdu

21 Mart 2019 14:34
3 Şərh     Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı hücumçu Kriştianu Ronalduya qarşı qaldırılmış "cinsi təcavüz" ittihamı fonunda "Yuventus" ABŞ-da keçiriləcək (2019-cu ilin yay aylarında) beynəlxalq turnirə dəvət almayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, turnirin təşkilatçıları 34 yaşlı portuqaliyalı forvardın Amerika polisi tərəfindən həbs olunacağından ehtiyat edir. Hazırda ABŞ-da Ketrin Mayorqi adlı qadının şikayəti əsasında Ronalduya qarşı zorlama ilə bağlı istintaq aparılır.

Buna görə, "Qoca sinyora" cari "Seria A" mövsümünün başa çatmasından sonra beynəlxalq turnirlərdən yalnız Asiyada keçiriləcək Beynəlxalq Çempionlar Kuboku matçlarında iştirak edə biləcək. Orada "Yuventus"un İngiltərə çempionatının təmsilçiləri - "Tottenhem" və "Mançester Yunayted"lə üz-üzə gələcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.