İdman

Kasilyasdan yeni müqavilə

20 Mart 2019 14:36
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Portu"nun futbolçusu İker Kasilyas gələcək karyerasıyla bağlı qərarını verib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, ispan qolkiper Portuqaliya təmsilçisiylə yeni müqavilə imzalayacağını açıqlayıb:

"Bu həftə "Portu" ilə yeni müqavilə imzalayacam. Bu sözləşməylə 40 yaşıma qədər "Portu"da qalacam və ehtimal ki, karyeramı burda bitirəcəm.

Uzun illər La Liqada oynadığım üçün şanslıyam. Ancaq indi orada deyiləm. Geri qayıtmağı çox istərdim".

1999-2015-ci illərdə "Real"da forma geyinən Kasilyas, 2015-ci ilin yayında "Portu"ya transfer olunub. 38 yaşlı qolkiper 167 dəfə də İspaniya millisinin uğurları üçün çalışıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.