İdman

Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA

20 Mart 2019 12:48
0 Şərh     Baxış: 2 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriştiano Ronaldo və Lionel Messi eyni komandada çıxış edə bilər.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, "Yuventus" və "Barselona"nın ulduzlarının ABŞ-ın "İnter Mayami" klubunda kəsişməsi gözlənilir.

"Fox Sports"un məlumatına görə, klubun sahibi Devid Bekhem iki dünya ulduzunun komandasında oynamasını istəyir və artıq bunun üçün hərəkətə keçib.

İddialarla bağlı danışan Beuhem "Hər kəsin arzusunda olduğu komandada Leo və Kriştiano var. Karyeralarının son dövrlərini yaşamalarına rəğmən hələ də yüksək performans göstərirlər. Heç vaxt karyeralarını bitirməyəcəklər kimi oynayırlar" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.