İdman

Nikola Yurçeviç Qurban Qurbanovun qadağasını ləğv etdi - Zaqrebdə son vəziyyət necədir?

20 Mart 2019 11:19
1 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası futbol üzrə 2020-ci il Avropa çempionatının növbəti seçmə oyununu martın 21-də Xorvatiya yığması ilə keçirəcək.

Yeni xorvat baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında səfərə yollanan millimiz artıq Xorvatiyanın paytaxtı Zaqrebdədir.

Milli.Az bildirir ki, Virtualaz.org-un Zaqrebdə olan müxbiri Elmir Əliyevin dediyinə görə, uçuşdan əvvəl, demək olar ki, hər şey həmişəki kimi olub. Komanda aeroporta uçuşa təxminən bir saat qalmış gəlib. Futbolçular və məşqçi qərargahının üzvləri dərhal pasport nəzarətindən keçərək təyyarənin göyərtəsinə qalxıblar.

Yeganə fərq səfərdə yığmanı müşayiət edən KİV nümayəndələri ilə bağlı məqam olub. Belə ki, Qurban Qurbanovun baş məşqçi olduğu dövrlərdən fərqli olaraq, bu dəfə aeroportda onların oyunçularla ünsiyyət saxlaması mümkün olub.

N.Yurçeviç Q.Qurbanovun tətbiq etdiyi qadağanı, faktiki olaraq, ləğv edib. Xatırladaq ki, hava limanında futbolçulardan sərbəst şəkildə müsahibə almaq başqa bir xorvat- Robert Prosineçkinin baş məşqçi olduğu vaxt da mümkün idi. Bu qadağa Berti Foqtsun dövründə də mövcud olub, lakin faktiki olaraq, formal xarakter daşıyıb, çünki jurnalistlər uçuşdan əvvəl oyunçularla danışa biliblər. Qurban Qurbanovun vaxtında isə hər şey çox sərt idi - futbolçularla ünsiyyət olmazdı! İndi vəziyyət dəyişib. Arzu edərdik ki, milli komandanın nəticələri də yaxşılığa doğru dəyişsin...

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.