İdman

"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

20 Mart 2019 10:45
0 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" Braziliyanın "İtuano" klubunun 17 yaşlı futbolçusu Qabriel Martinellini transfer etmək istəyir.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, London klubunun yayda heyətinə qatmaq istədiyi futbolçunun transferində işi heç də asan olmayacaq. "Globo Esporte"nin iddiasına görə, 17 yaşlı hücumçunu hazırda 25 klub istəyir. Qeyd edilir ki, bu 25 klubdan 16-sı Avropa, həmçinin 4-ü İngiltərə təmsilçiləridi. 

Braziliyadan isə "Atletiko Mineyro", "Korintians", "Kruzeyro", "Flamenqo", "Palmeyras", "Santos" və "San Paulo" da Qabrieli transfer etməyə çalışır. Futbolçunun meneceri Markos Kasseb isə onu Avropaya satmaq nyyətindədi.

Qeyd edək ki, bundan əvvəl "Barselona" və "Mançester Yunayted" Qabriel Martinellini sınaqdan keçirsə də, bəyənilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.