İdman

"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu

19 Mart 2019 21:33
0 Şərh     Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öz oyunumuzu oynasaq, hər şey asan olacaq. Yox, əgər matça ciddi yanaşmasaq, Azərbaycan millisi bizə çətinlik yarada bilər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin hücumçusu Nikola Vlaşiç yerli mətbuata açıqlamasında deyib. Rusiyanın SSKA klubunda çıxış edən 21 yaşlı futbolçu AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar haqda fikirlərini açıqlayıb:

"Macarıstanla Budapeştə keçiriləcək qarşılaşmanın isə ağır olacağı bəllidir. Lakin biz hədəfləri olan komandayıq. Seçmə mərhələyə 6 xalla başlamağı qarşımıza məqsəd qoymuşuq".

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Macarıstanla qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.