İdman

“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır” – Poçettino

19 Mart 2019 16:58
4 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqası haqqında açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu mövsüm Çempionlar Liqasında "Barselona"nın favorit olduğunu deyib:

"Barselona" mükəmməl futbolçulara və dünyanın ən yaxşısı olan Lionel Messiyə sahibdir. Çempionlar Liqasında bir favorit varsa, bu, "Barselona"dır. Bütün komandalardan bir addım irəlidədirlər.

Lionel Messi bənzərsiz və qeyri-adidir. Heç kimin gözləmədiyi şeyləri edir. Amma daha təəccüblüsü onun bu qədər sabit çıxış etməsidir. Son 12 ildə hər oyunda inanılmaz işlər görür".

Argentinalı mütəxəssis Çempionlar Liqasının finalında qarşılaşmaq istədiyi komandanı da açıqlayıb:

"Finalda "Barselona" ilə qarşılaşmaq istəyərəm. Onlarla rəqib olmaqdan zövq alıram".

"Tottenhem" Çempionlar Liqasının 1/4  final mərhələsində "Mançester Siti"nin rəqibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.