İdman

Tarixin ən yaxşı məşqçiləri

19 Mart 2019 11:40
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək tirajlı "France Football" nəşri futbol tarixinin ən yaxşı məşqçilərinin adlarını dərc edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, nəşr 50 mütəxəssisdən ibarət siyahı hazırlayıb.

"France Football"a görə, hollandiyalı Rinus Mixels bütün dövrlərin ən yaxşı çalışdırıcısıdı. "Mançester Yunayted"in əfsanəvi şotlandiyalı baş məşqçisi Aleks Ferqyuson ikinci yeri tutub. İtaliyalı Ariqo Sakki isə ilk "üçlüy"ü qapayıb.

Qeyd edək ki, Rinus Mixels 1988-ci ildə Hollandiya yığmasına Avropa çempionluğunu qazandırıb, 1974-cü ildə dünya çempionatında finala daşıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.