İdman

Mehmet Topal Türkiyə millisindən kənarlaşdırıldı

19 Mart 2019 12:44
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Moldova yığmalarıla qarşılaşacaq Türkiyə millisi itki ilə üzləşib.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, "ay-ulduzlar" "Fənərbağça"nın futbolçusu Mehmet Topalın xidmətindən məhrum olub. Bu səbədən də 33 yaşlı yarımmüdafiəçi yığmadan kənarlaşdırılıb.

Super Liqanın 26-cı turunda "Sivasspor"la oyunda zədələnən futbolçunun durumu ciddidir.

Qeyd edək ki, Türkiyə martın 22-də səfərdə Albaniya qonağı olacaq. Şenol Günəşin rəhbərlik etdiyi komanda 3 gün sonra evdə Moldova yığması ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.