İdman

Xorvatiyanın sabiq prezidenti: "Bakıda idman gimnastikası üzrə Dünya Kuboku mükəmməl təşkil olunub" - FOTO

17 Mart 2019 16:45
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku mükəmməl təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Xorvatiyanın sabiq prezidenti (2000-2010-cu illər) Stepan Mesiç deyib.

S.Mesiç bildirib: "Mən ilk dəfədir ki, belə yarışdayam və hər şeyin mükəmməl təşkil olunmasına heyran qaldım. İlk dəfədir ki, yalnız bir idman növünə - gimnastikaya həsr olunan arena görürəm".

Dünya Kubokunun təşkil edilməsinin səviyyəsindən danışan sabiq prezident qeyd edib ki, Azərbaycanı bu məsələdə dünya çempionu saymaq olar.

Xatırladaq ki, bu gün Xorvatiya gimnastı Tin Srbiç idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə ikinci yeri tutub.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.