İdman

Formula 1-ə maraq nə yerdədir? - Nigar Arpadarainin şərhi

17 Mart 2019 15:36
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb." 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

"Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq", - deyə N.Arpadarai bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.