İdman

"Milan" - "İnter" oyunu başlamadan rekord qırdı

17 Mart 2019 15:18
0 Şərh     Baxış: 612

İtaliya A Seriyasında sabah keçiriləcək "Milan" - "İnter" derbisi baş tutmadan tarixə düşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Milan derbisi bilet satışı üzrə İtaliya rekordunu qırıb. Belə ki, artıq oyuna 5,7 milyon avroluq bilet satılıb.

Bundan əvvəlki rekord ötən mövsümün ikinci yarısında keçirilən "İnter" - "Yuventus" oyununda qeydə alınmışdı. Həmin matça 5,29 milyon avro bilet satılmışdı.

Rekordun qırılmasına səbəb ölkə xaricindən gəlmiş şəxslərə 4 min biletin satılmasıdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.