İdman

Holland gimnast Bakıda keçirilən Dünya Kubokunda hamıdan güclü oldu

17 Mart 2019 14:21
Baxış: 168

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında turnikdə hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Niderland idmançısı Epke Sonderland final mərhələsində 14.633 xal toplamaqla birinci yeri tutub.

Xorvatiya gimnastı Tin Srbiç 14.600 xalla ikinci, İsveçrə təmsilçisi Oliver Heqi isə üçüncü (14.366) olub.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.