İdman

"Yuventus"un ulduzuna 3 klubdan təklif - 90 milyon qiymət qoyuldu

17 Mart 2019 14:36
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Paulo Dibala yayda komandanı tərk edə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunu Avropanın 3 böyük klubu istəyir.

Belə ki, 25 yaşlı hücumçuya "Bavariya", "Mançester Siti" və PSJ-dən təkliflər var. "Yuventus" isə bu futbolçunu 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, "Yuventus" Dibalanı 2015-ci ildə "Palermo"dan 40 milyon avroya alıb. Hazırda "Tranfsermarkt" ona 100 milyon avro qiymət qoyub. O, cari mövsümdə meydana çıxdığı 34 matçda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.